Dünya bazarlarında Brent bahalaşıb, WTİ və təbii qaz isə ucuzlaşıb

Dünya bazarlarında Brent bahalaşıb, WTİ və təbii qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 0,16% artaraq 1 barelə görə 31,82 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 7,49% azalaraq 23,21 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,02% azalaraq 1,747 ABŞ dolları təşkil edib.