Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,34% artaraq 1 barelə görə 44,44 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,38% artaraq 42,06 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,12% azalaraq 1,692 ABŞ dolları təşkil edib.