İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 0,94% artaraq 1 barelə görə 27,95 dollar təşkil edib.
NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTİ markalı neftin 1 barelinin 0,1% artaraq 19,89 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,25% azalaraq 1,587 ABŞ dolları təşkil edib.












