Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə yenidən ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, təbii qaz isə yenidən ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 2,24% artaraq 1 barelə görə 36,55 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 2,33% artaraq 34,27 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,90% azalaraq 1,765 ABŞ dolları təşkil edib.