İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 0,46 azalaraq 1 barelə görə 106,86 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında sentyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,33% azalaraq 103,88 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,47% azalaraq 7,23 ABŞ dolları təşkil edib.












