Bakı-Quba yolunda dəhşətli qəza - Ölən var

Bakı-Quba yolunda dəhşətli qəza - Ölən var

23 iyul saat 14:00-da Bakı-Quba avtomobil yolunun 53-cü kilometrliyində VAZ-1117 markalı avtomobil yolu müəyyən edilməmiş yerdən keçməyə cəhd göstərən piyadanı vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını, xüsusilə piyadaları diqqətli və məsuliyyətli olmağa çağırır.

Piyadalar üçün ən sadə, lakin həyati əhəmiyyət daşıyan təhlükəsizlik qaydası yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən və təhlükəsizlik tələblərinə əməl etməklə keçməkdir. Bu qaydalara laqeyd yanaşmaq ağır, bəzən isə geri dönüşü olmayan faciələrlə nəticələnə bilər:

"Hörmətli piyadalar, unutmayın, yol hərəkətində təhlükəsizlik hər birimizin şəxsi məsuliyyətindən başlayır. Bir anlıq ehtiyatsızlıq ömürlük peşmançılığa səbəb ola bilər".