İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,08% artaraq 1 barelə görə 41,96 dollar təşkil edib.
NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,57% artaraq 39,45 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,83% artaraq 1,668 ABŞ dolları təşkil edib.












