İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,12% artaraq 1 barelə görə 42,08 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,03% artaraq 39,83 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,24% artaraq 1,70 ABŞ dolları təşkil edib.












