İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 1,49% artaraq 1 barelə görə 29,90 dollar təşkil edib.
NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,91% artaraq 24 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,63% artaraq 1,913 ABŞ dolları təşkil edib.












