Dünya bazarlarında neft və təbii qaz yenidən ucuzlaşıb

Dünya bazarlarında neft və təbii qaz yenidən ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,14% azalaraq 1 barelə görə 43,02 dollar təşkil edib.

NOCOMMENT-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,37% azalaraq 40,58 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan qiyməti 0,52% azalaraq 1,723 ABŞ dolları təşkil edib.