Dünya bazarlarında neft və təbii qaz yenidən ucuzlaşıb

Dünya bazarlarında neft və təbii qaz yenidən ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,67% azalaraq 1 barelə görə 42,95 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,69% azalaraq 40,27 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,42% azalaraq 1,774 ABŞ dolları təşkil edib.