Dünya bazarlarında neft və təbii qazın bahalaşması davam edir

Dünya bazarlarında neft və təbii qazın bahalaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,58% artaraq 1 barelə görə 43,05 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,42% azalaraq 40,48 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,23% artaraq 1,785 ABŞ dolları təşkil edib.