Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması davam edir

Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 42,48 dollar təşkil edib.

NOCOMMENT-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 0,62% azalaraq 40,12 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan qiyməti 0,52% azalaraq 1,723 ABŞ dolları təşkil edib.