Dünya bazarlarında neftin bahalaşması, təbii qazın isə ucuzlaşması davam edib

Dünya bazarlarında neftin bahalaşması, təbii qazın isə ucuzlaşması davam edib

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 1,94% artaraq 1 barelə görə 43,12 dollar təşkil edib.

NOCOMMENT.az-ın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,44% artaraq 40,12 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, iyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,50% azalaraq 1,774 ABŞ dolları təşkil edib.