Dünya bazarlarında neftin və təbii qazın ucuzlaşması davam edir

Dünya bazarlarında neftin və təbii qazın ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 1,76% azalaraq 1 barelə görə 41,97 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 2,07% azalaraq 39,27 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,81% azalaraq 1,716 ABŞ dolları təşkil edib.