NOCOMMENT.az xəbər verir ki, iyunun 29-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-cu ildəki fəaliyyəti üzrə İdarə Heyətinin və Maliyyə-Təftiş komissiyasının hesabatlarının təsdiq edilməsi, İdarə Heyətinin yeni tərkibinin seçilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 761 308 manatdır. Səhmdar cəmiyyəti “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə yaxın şirkət sayılır. Onun səhmlərinin 98,5%-nə nəzarət edən Hikmət Xammədov keçmiş dövlət məmurunun qaynıdır.
Sabiq “Azərenerji” sədri eyni zamanda “Express Bank” ASC-nin 20%-lik səhm payına malikdir.












