Muzdlu işçilərdən 212 mindən çox vətəndaşa 95 milyon 632 min manat ödəniş edilib.
NOCOMMENT-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov qeyd edib ki, 353 milyon manatdan çox vəsait artıq xərclənib: “Ümumilikdə ilin sonunadək proqramın icrası 900 milyon manat təşkil edir. Müxtəlif proqramlar üzrə 689 min insana 254 milyon manat vəsait ödənilib”.












