SOCAR-ın neft ixracatında azalma olub

SOCAR-ın neft ixracatında azalma olub

Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Energetika Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır.

Məlumatda bildirilir ki, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 mln.ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 463 min ton az olub.

Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 10,5 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 3,1 mln. ton təşkil edib.

Cari ilin 5 ayında 12,6 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton azdır.

Məlumata görə, neft-kondensatın 12 mln. tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.