İran 40 kq-dan çox uran zənginləşdiribbackend

İran 40 kq-dan çox uran zənginləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb və bununla da əvvəllər hazırlanmış ehtiyatlara təxminən 20 kq əlavə edib.

NOCOMMENT xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi MAQATE-nin rüblük hesabatına istinadən məlumat yayıb.

“İran heç bir məhdudiyyət olmadan 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb – son üç ayda 30% artım”, – hesabatda deyilir.

MAQATE ekspertləri bildirirlər ki, ölkə hakimiyyəti İranın bir sıra obyektlərində aşkar edilmiş uran izlərinin mənşəyinin araşdırılmasını əngəlləməkdə davam edir. MAQATE-nin rəhbəri Rafael Qrossi deyib ki İran texniki baxımdan etimad yaradacaq izahat verməyib.

Qərb mediası qeyd edib ki, hazırda ölkənin zənginləşdirilmiş uran ehtiyatları 2015-ci ildə müəyyən edilmiş limitdən 18 dəfə çoxdur. 15 may 2022-ci il tarixinə İranın sərəncamında 3,8 min kq-dan çox zənginləşdirilmiş uran var. Eyni zamanda, İran uranı ilkin razılaşmada nəzərdə tutulan 3,67%-lik həddi aşan səviyyəyə qədər zənginləşdirməyə davam edir.