İran ABŞ və İsraili Qəzzada dərhal atəşkəsə çağırıbbackend

İran ABŞ və İsraili Qəzzada dərhal atəşkəsə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahian deyib ki, İsrailin Qəzza zolağına davam etdirdiyi hücumlar ciddi nəticələrə gətirib çıxaracaq. O, Türkiyəyə səfəri zamanı qeyd edib ki, Tehran təcili olaraq hərbi əməliyyatların dayandırılmasını tələb edir.

“Əgər Qəzza zolağında dərhal atəşkəs əldə olunmasa ABŞ və sionist rejimin [İranın İsrail hakimiyyətini adlandırdığı kimi] hücumları davam edərsə, bunun nəticələri ağır olacaq”, – Abdullahian izah edib.

O əlavə edib ki, onun Türkiyəyə səfəri təkcə Yaxın Şərqdəki münaqişə ilə deyil, həm də İran prezidenti İbrahim Rəisinin Ankaraya mümkün səfərinin müzakirəsi ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.