İran deputatı həddini aşdı: Azərbaycandan adekvat cavabbackend

İran deputatı həddini aşdı: Azərbaycandan adekvat cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaqub Rzazadə Azərbaycan Prezidenti cənab İlham Əliyevə xəbərdarlıq etmək həddində və səviyyəsində biri deyil. O, olsa-olsa, başında əmmamə, içində isə imandan əlamət olmayan özü kimi mollalara xəbərdarlıq edə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Sahib Alıyev Yenisabah.az-a açıqlmasında bildirib.

O, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının katibi, Səlmas şəhərinin nümayəndəsi Yaqub Rzazadənin sonuncu açıqlamasına münasibət bildirib.

Xatırladaq ki, Y. Rzazadə çıxışı zamanı Azərbaycanı təhdid etməkdən də yan keçməyib. O, bildirib: “Mən Azərbaycan Prezidentinə ciddi xəbərdarlıq edirəm ki, əgər söhbət Azərbaycanın birləşməsindən gedirsə, İran İslam Respublikasına daxil olacaq sizin Azərbaycandır”.

Mövzuyla əlaqəli millət vəkili S. Alıyev əlavə edib ki, Azərbaycan Prezidenti heç vaxt birləşmə məsələsini dilə gətirməyib:

“Ola bilər, Yaqub Rzazadə fərqində deyil, lakin çox təəssüf ki, fars şovinizminin təmsilçiləri içərisində çoxlu dönük Azərbaycan türkləri də var. Onlar çox gözəl bilirlər ki, bu dinsiz rejim yıxılanda onları nə gözləyir. Amma istənilən halda Azərbaycan Prezidenti Yaqub Rzazadənin doğmaları qarışıq bizim oradakı soydaşlarımızın öz dillərində təhsil almaları, təhlükəsizlik və azadlıqlarının təmin edilməsini, seçim haqlarını və əgər sekulyar həyatı istəyirlərsə, buna şərait yaradılmasını tələb edir”.

“Yaxşı ki, o Quzey Azərbaycan ifadəsini işlədir. Deməli, Quzey Azərbaycan varsa, Güney Azərbaycan da var. Söhbət birləşmədən gedirsə, burada İranla Azərbaycanın birləşməsindən yox, Azərbaycanla Azərbaycanın, canla canın, qardaşla qardaşın birləşməsindən söhbət gedə bilər. O tör-töküntülər ki, fars rejiminə xidmət edirlər, onlar onda rədd olub harada özlərini rahat hesab edirlər və hansı idealogiyanı bölüşürlərsə, orada da qərar tapa bilərlər”, – deyə qeyd edib.

Müsahibimiz aydınlaşdırıb ki, Azərbaycanda rəsmi səviyyədə kimsə birləşmə sözünü dilinə gətirməyib:

“Lakin Azərbaycanda rəsmi və bütün səviyyələrdə tələb bundan ibarətdir ki, bizim oradakı soydaşlarımızın azadlıqları, təhlükəsizlikləri təmin edilməlidir, dinsiz rejim onlarla vəhşicəsinə davranmağa son qoymalıdır, onlar öz dillərində təhsil almalıdırlar. Buna farslardan daha çox haqları çatır, çünki sayları farslardan daha çoxdur. Çünki indiki İran dövlətinin meydana gəlməsində, formalaşmasında və ayaq üstə durmasında onların xidməti digər etnik qrupların hamısının birgə xidmətindən daha üstündür”.

Digər millət vəkili Arzu Nağıyev hesab edir ki, İran parlamentinin deputatının belə bir bəyanat verməsi təbii beynəlxalq norma və qanunlara zidd olan bir məsələdir:

“Bu, deyərdim ki, bir hüquqi pozulmadır. Çünki heç bir vaxt nə Azərbaycan Prezidenti cənab İlham Əliyev və ya digər rəhbərlər Şimali və Cənubi Azərbaycanın birləşməsi haqqında belə bir bəyanat verməyib. Sadəcə olaraq, son vaxtlar İranın təhdidlərinə qarşı adekvat olaraq cavablar verilib.

Bildiyiniz kimi, bu məsələdə İran xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin məhz Azərbaycanda aşkarlanması və onların həbsi bir daha göstərdi ki, İran xüsusi xidmət orqanları Azərbaycana qarşı öz məkrli əməliyyatlarını həyata keçirməyə çalışırdılar.

Digər məsələ məhz Azərbaycanla sərhəd ərazilərdə İrana məxsus hərbi qüvvələrin keçiridyi təlimlərdir. Adekvat olaraq da bunu cavabı verildi və məlum məsələdir ki, bu istiqamətdə də ciddi addımlar atıldı. Bu gün İran rəhbərliyi, hətta Vilayəti səviyyəsində Azərbaycanın dost olduğunu bəyan etsə də, Azərbaycana qarşı öz siyasətini davam etdirməkdədir. Ermənistan ərazisində artıq terror təşkilatları olan ASALA-nın açıqlamaları, bir sıra başqa məsələlər bir daha göstərir ki, İran Azərbaycanın istər hərbi, istərsə iqtisadi və siyasi məlumatlarını toplamağa cəhd edir və hətta müharibə vaxtı bu məlumatların Ermənistana ötürülməsi istisna deyil. Çünki onların verdiyi tapşırıqlar Ermənistana daha çox lazım idi.

Düşünürəm ki, verilən açıqlama heç bir vaxt Azərbaycanı qorxuda bilməz. Azərbaycan müstəqil xarici-daxili siyasət aparan dövlətdir və atılan hər bir addımın da qarşısı mütləq şəkildə bütün beynəlxalq norma və hüquqa uyğun olaraq veriləcək”.