İran gəmilərini batırın – Amerikalı senatorbackend

İran gəmilərini batırın – Amerikalı senator

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı dənizdə husilərin hücumlarının qarşısını almaq üçün İran hökuməti ilə ABŞ arasında Omanda danışıqlara dair xəbərlər yayılarkən, Alyaska ştatından respublikaçı senator Dan Sallivan ABŞ prezidenti Co Baydenə husilərin hücumları davam edərsə, Amerikanın İran gəmilərini batırmasını təklif edib.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Dan Sallivan Co Baydenə yazdığı məktubda İranın dəstəklədiyi husilərə beynəlxalq sularda gəmilərə hücum etməkdə kömək edən İran gəmilərini hədəf almağa və batırmağa çağırıb.

“İrana bildirin ki, Amerika gəmisinə atılan növbəti husi raketi və ya dronu bizim Hərbi Dəniz Qüvvələrimizi hədəfə alan İranın casus gəmilərini batıracaq”, – deyə Sallivan məktubunda qeyd edib.