İran İsrailin hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıbbackend

İran İsrailin hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın BMT-dəki Daimi Nümayəndəliyi Təhlükəsizlik Şurasının hazırkı sədri kimi İsveçrədən İsrailin zərbəsi ilə əlaqədar təcili iclas çağırmağı xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Müraciətdə qeyd olunur ki, bu addım İsrailin beynəlxalq hüququ kobud şəkildə pozması və qeyri-qanuni hərəkətlərini aradan qaldırmaq, eləcə də onun “cinayətkar rejimi”ni məsuliyyətə cəlb etmək üçün zəruridir.

“İsrail rejiminin davam edən və sistematik təcavüzünün nəticələri fonunda İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının baş katibini və Təhlükəsizlik Şurasını möhkəm mövqe tutmağa və İsrail rejimini bu təcavüz aktlarını törətdiyinə görə qətiyyətlə və birmənalı şəkildə qınamağa çağırır”, – bəyanatda deyilir.

Oktyabrın 26-na keçən gecə İsrail oktyabrın 1-də baş verən kütləvi hücuma cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib. İran beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.