İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaqbackend

İran lideri mərhum Rəisinin cənazəsi üzərində dua oxuyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran lideri Ayətullah Əli Xamenei helikopter qəzasında həlak olan respublika Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin cənazələri üzərində dua mərasimi keçirəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, mayın 22-də Tehran Universitetində dua mərasimi baş tutacaq.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.