İran məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdırbackend

İran məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran Cənubi Qafqazdakı problemlərin ölkələrin ərazi bütövlüyünə və xalqların hüquqlarına hörmətlə sülh yolu ilə həll olunmasının tərəfdarıdır”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

Zərif qeyd edib ki, bölgədə hər gərginləşmə və hər bir ölüm böyük narahatlığa səbəb olur və bu məsələ bir an əvvəl sülh yolu ilə həll edilməlidir.

O, Tehranın məsələnin sülh yolu ilə həllinə töhfə vermək istədiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, səfər çərçivəsində İran XİN rəhbərinin Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanla görüşü baş tutacaq.