İran nüvə proqramını gücləndirir – Məqsəd nədir?backend

İran nüvə proqramını gücləndirir – Məqsəd nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti ölkənin nüvə proqramının inkişaf etdirilməsinin qanunauyğun olduğunu təsdiqləyib.

NOCOMMENT.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İbrahim Rəisi açıqlama verib. O, bildirib ki, nüvə silahına malik ölkələr Tehranın proqramı inkişaf etdirmək hüququna müdaxiləyə çalışır.

“Danışıqlar masasından uzaqlaşmamışıq. Bəzi ölkələr İranın nüvə enerjisindən necə istifadə edəcəyinə dair mövqeyini dinləmir, əksinə sanksiyalar tətbiq etməyə çalışır”- deyə, İran lideri açıqlamasında qeyd edib.

Rəisi heç bir xarici qüvvənin İranın məqsədinə çatmasına mane ola bilmədiyini deyib.