İran prezidenti Qəzza zolağının bombalanmasını dayandırmağa çağırıbbackend

İran prezidenti Qəzza zolağının bombalanmasını dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail və Fələstin arasındakı münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq lazımdır, Qəzzanın bombalanması dayandırılmalıdır. Bu sözləri İran prezidenti İbrahim Rəisi Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.

“Qəzza zolağının bombalanması mümkün qədər tez dayandırılmalıdır. Bu məsələ təkcə bizim regionun deyil, bütün bəşəriyyətin problemidir. Ona görə də bu məsələnin çox tez həlli tapılmalıdır”, – deyə İran prezidenti Kremldə bildirib.

Rəisi yəhudi dövlətinin hərəkətləri nəticəsində fələstinli uşaqların itkisinin təəssüf doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın İsraili dəstəkləməsi faktı da oxşar emosiyalara səbəb olur.