İran səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışıbbackend

İran səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti İbrahim Rəisinin də olduğu helikopterin qəzaya uğramasının əsas versiyası pis hava şəraiti hesab edilir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “NEWS.ru”ya bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləmək qalır: “Bu nöqtədə bildiyimiz odur ki, qəzaya pis hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu məsələni araşdırır və biz bu barədə şərh verə bilmərik”.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.