Tehran Türkiyə ilə Suriya arasında münasibətlərin həllinə kömək etməyə hazırdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri “CNN Türk” telekanalının efirində bildirib.
“Suriya tərəfi bir neçə dəfə Astana prosesində İran, Türkiyə və Rusiyanın iştirakı ilə keçirilən görüşlərdə iştirak edib. Bu, tərəflərin Suriya ilə Türkiyə arasında gələcək qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün iradəsini göstərir. Biz Suriya və Türkiyə arasında qarşılıqlı fəaliyyət və siyasi dialoqa başlamaq üçün istənilən təşəbbüsü alqışlayırıq və onun yaradılması üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”, – deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl Ankaranın Suriya ilə münasibətlərin normallaşdırılması prosesini davam etdirməyə hazır olması barədə danışıb və qeyd edib ki, bu, ərəb ölkəsinin şimalında PKK-nın mövcudluğunun aradan qaldırılması ilə müşayiət olunmalıdır.