İran XİN rəhbəri Pakistana getdibackend

İran XİN rəhbəri Pakistana getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli üçün Pakistana gəlib.

NOCOMMENT.az bakupost.az-a istinadla xəbər verir ki, səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub.

Xatırladaq ki, yanvarın 16-da İran Silahlı Qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.

Əlavə edək ki, 17 yanvar Pakistan İranın cənub-şərqində yerləşən Sistan və Bəlucestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.