İran yenidən Pakistana XƏBƏRDARLIQ ETDİbackend

İran yenidən Pakistana XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran yenidən sərhədlərlə bağlı Pakistana xəbərdarlıq edib.

NOCOMMENT.az “Tasnim News”a istinadən xəbər verir ki, İranın daxili işlər naziri Əhməd Vəhidi dünən Beynəlxalq Qüds Günü yürüşündə jurnalistlərə verdiyi müsahibəsində aprelin 4-də Sistan və Bəluçistan əyalətində baş verən silahlı toqquşmaya toxunaraq deyib:

“Artıq sərhədlərin o biri tayından terrorçular gəldiyi üçün Pakistandan sərhədlərə nəzarət tələb olunub. Bununla bağlı xəbərdarlıqlar edilib və yenə də ediləcək”.

Qeyd edək ki, Əhməd Vəhidi Çabahar və Rask şəhərlərində yarımhərbi etnik bəluçlardan ibarət Ceyş əl-Ədl qruplaşmasının silahlı hücumunu uğursuz cəhd adlandırıb. Ancaq silahlı qarşıdurmada İran hökumətinin təhlükəsizlik qüvvələrinin 10-dan çox üzvü öldürülüb.