İranda 9 Pakistan vətəndaşı öldürülübbackend

İranda 9 Pakistan vətəndaşı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Pakistanla sərhəddə yerləşən Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin hücumu nəticəsində azı 9 Pakistan vətəndaşı ölüb, 3-ü yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, üç silahlı şəxs əcnəbi vətəndaşların evinə atəş açmağa başlayıb və sonra hadisə yerindən qaçıb. Polis araşdırmaya başlayıb.

Bu, Sistan və Bəlucistan əyalətində baş verən ilk belə hadisə deyil.

Yanvarın 27-də “Mehr” agentliyi naməlum şəxslərin silahlı hücumu nəticəsində orada 9 əcnəbinin həlak olduğunu bildirib. İranın sərhəd bölgələrində fəaliyyət göstərən qruplardan heç biri hələlik bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.