İranda ETİRAZLAR BAŞLADI: İnsanlar üsyan edir! – VİDEObackend

İranda ETİRAZLAR BAŞLADI: İnsanlar üsyan edir! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Yəsuc şəhərində sakinlər artan su böhranına etiraz olaraq küçələrə çıxıblar. Etirazçılar şəhərin müxtəlif yerlərində toplaşaraq su təchizatındakı problemlərin dərhal həllini tələb ediblər.

NOCOMMENT.az xəbər verir ki, aksiyalar zamanı iştirakçılar bir sıra diqqətçəkən şüarlar səsləndiriblər. Onlardan biri belə olub:

“Dayə, dayə, vaxtı cəngə — dostluğun vaxtı tüfəngə”
(yəni: artıq səbr bitib, mübarizə vaxtıdır)

Digər şüar isə belə ifadə olunub:

“Ya məntiq, ya berno”
(berno — ov tüfəngi; yəni: ya problemlərimizi ağılla həll edin, ya da biz öz gücümüzlə haqqımızı alacağıq)

Bu şüarlar bölgədəki narazılığın səviyyəsini açıq şəkildə göstərir. Sakinlərin etirazı təkcə su təchizatının kəsilməsi və ya məhdudlaşdırılması ilə bağlı deyil, həm də yerli idarəetmənin mövcud problemləri həll etmədiyi narazılıqdan qaynaqlanır.

Bildirilib ki, etiraz zamanı şəhərin mərkəzi küçələri və bəzi inzibati binaların ətrafı əhalinin toplandığı yerlərə çevrilib. Yerli sakinlərin sözlərinə görə, su qıtlığı səbəbindən gündəlik həyat çətinləşib, kənd təsərrüfatı fəaliyyətləri zərər görür və insanların gündəlik ehtiyacları qarşılanmır.

Məlumata görə, Yəsucdakı etirazlar həm də sosial şəbəkələrdə geniş rezonans doğurub. Sakinlər aksiyalar vasitəsilə hökumət orqanlarına və yerli hakimiyyətə müraciət edərək, su böhranına qarşı konkret və təcili tədbirlərin görülməsini tələb edirlər.