Son günlər İran rialının kəskin dəyər itirməsi ölkə boyu etirazlara səbəb olub.
NOCOMMENT.az HamamTimes-a istinadən xəbər verir ki, Tehranın mərkəzi bazarları və ticarət məhəllələrində sahibkarlar dükanlarını bağlayaraq, küçələrə çıxıblar.
Etirazlar yüksək inflyasiya, valyuta böhranı və hökumətin iqtisadi siyasətinə qarşı narazılıq fonunda baş verir.
Sosial şəbəkələrdə yayılan videolarda etirazçıların hökumət əleyhinə şüarlar səsləndirdiyi görünür.













