İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq xəstəxanaya yerləşdirilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, buna iş yükünün çoxluğu və gərgin işdən qaynaqlanan yorğunluq səbəb göstərilib.
Onu kimi əvəz edəcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, iranlı nazir Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədridir.













