İranda törədilən partlayışlarda ölənlərin sayı 103-ə çatıb – FOTO – YENİLƏNİBbackend

İranda törədilən partlayışlarda ölənlərin sayı 103-ə çatıb – FOTO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Kirman şəhər fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

***

17:15

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yaralı sayı 170-dən çoxdur.

***

17:01

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53-ə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yaralı sayı 70-dan çoxdur.

Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur.

İran rəsmiləri hadisənin terror aktı olduğunu bəyan edib.

***

16:42

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar.

***

16:28

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

***

16:13

Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib.

Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil.

Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib.

***

15:53

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.