İrandan etiraf – Bunu qeyri-qanuni yolla edirikbackend

İrandan etiraf – Bunu qeyri-qanuni yolla edirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezayi ABŞ-ın sanksiyaları səbəbilə qeyri-qanuni yollarla neft satdıqlarını və bunun müqabilində aldıqları pulu gizli şəkildə ölkəyə gətirdiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, yerli mətbuata danışan Rezayi ABŞ rəhbərliyinin 3 ildir hüquqi əsas olmadan İranı iqtisadi blokadaya saldığını açıqlayıb.

“Neftimizi qeyri-qanuni yollarla satırıq və müqabilində aldığımız dolları məzənnənin yüksəlməməsi üçün ölkəyə gizli şəkildə gətirmək məcburiyyətində qalırıq” – deyə, İran rəsmisi qeyd edib.

Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu deyən Rezayi sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını da bildirib.
Teleqraf