İranlı qadının alt paltarından sərvət çıxdı:  Dəyəri heyrətləndirdi!backend

İranlı qadının alt paltarından sərvət çıxdı: Dəyəri heyrətləndirdi!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Hava Limanında Polis İdarəsi qrupları şübhəli hərəkət edən iranlı qadın sərnişinin alt paltarı və ayaqqabısının altında gizlədilmiş 30 milyon TL dəyərində brilyant ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, terminalda aparılan risk analizində Dubaydan İstanbula gələn iranlı qadın sərnişinlərin hərəkətindən şübhələnib. Şübhəli qadın sərnişin, bağlı bölgəni tərk etdikdən sonra polis qrupları tərəfindən saxlanılıb.

Məlumata görə qadın sərnişinin təyyarədən enişi və hava limanında hərəkətləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Təyyarədən endikdən sonra tualetə girərək özü ilə gətirdiyi brilyantları alt paltarına və ayaqqabısının altındakı gizli bölməyə qoyan iranlı sərnişin İstanbul Hava Limanı Polis İdarəsi Araşdırma Bürosu qruplarından xilas ola bilməyib.

NOCOMMENT.AZ