Zənginlərin ev aldığı populyar şəhərlər – SİYAHIbackend

Zənginlərin ev aldığı populyar şəhərlər – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zelandiyanın paytaxtı Oklend 2024-cü ildə ən böyük dəbdəbəli mənzil bazarı olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

“Knight Frank Wealth” və “Douglas Elliman”ın proqnozuna görə, bu şəhərdə daşınmaz əmlakın ilin sonuna qədər təxminən 10% bahalaşacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, Hindistanın Mumbay şəhəri super zəngin insanlar arasında populyarlıq baxımından ikinci yeri tutur. Onların hesablamalarına görə, şəhərdə mənzillərin qiyməti ildə 5,5% artacaq.

Növbəti yerləri Dubay (BƏƏ), Madrid (İspaniya) və Sidney (Avstraliya) bölüşür. Bu şəhərlərdə mənzil qiymətlərində artım 5%-i keçməyəcək.

Proqnoz sərvəti 30 milyon dollar və daha çox olan insanların üstünlüklərinin təhlilinin nəticələri əsasında tərtib edilib.