İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandıbackend

İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada rəsmi səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia Sudani İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Sudani bu barədə sosial media hesabından məlumat verib.

Belə ki, rəsmi səfər çərçivəsində Fransaya gələn İraqın baş naziri Məhəmməd Şia Sudani paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın üfüqlərini genişləndirəcək bir yol xəritəsi təyin edəcəyini qeyd edən Sudani, “İraqın hökumət proqramında tərtib və planlaşdırdığımız kimi iqtisadi islahatı və davamlı inkişafı təmin edən ciddi tərəfdaşlıqlar üçün dostlarımızla işləməyə davam edəcəyik.”