İraqda iqlim dəyişikliyi səbəbindən yeraltı sular azalırbackend

İraqda iqlim dəyişikliyi səbəbindən yeraltı sular azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quraqlıq və səhralaşma təhlükəsi ilə üzləşən İraqda qrunt sularında ciddi azalma olduğu bildirilib.

NOCOMMENT.az xəbər verir ki, İraqın Süleymaniyyə Yeraltı Sular İdarəsinin baş direktoru Abbas Əli Əhməd  “hər 10 ildən bir quraqlıqla üzləşirik və buna görə də suya ehtiyac daha çoxdur” deyə açıqlama verib.

Quraqlıq səbəbiylə dünyada suyun payının azaldığına diqqət çəkən Əhməd, su istehlakının artmasına baxmayaraq, qaynaqların azaldığını vurğulayıb.

“Qrunt sularında ciddi azalma var. İqlim dəyişikliyinin də buna böyük təsiri var. Bununla belə, Kürdüstan bölgəsində vəziyyət təhlükəli həddə çatmayıb” deyə Əhməd qeyd edib.

NOCOMMENT.AZ