İraqdakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
NOCOMMENT.az-ın xəbərinə görə, bəyanatda qeyd edilir ki, güc nümayişi əvəzinə, bütün səylər İraqın daha geniş bir münaqişəyə cəlb edilməsinin qarşısını almağa yönəlməlidir.
Burada üzv ölkələri məlumatlandıran BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis-Plasçaert Qəzzadakı vəziyyət və digər hərbi fəaliyyətlər səbəbindən həm ümumilikdə Yaxın Şərqin, həm də İraqın “kritik döngədə” olduğuna diqqət çəkib.
Hücumların davam etdiyini qeyd edən Hennis-Plasçaert deyib: “Hücumlar davam edərsə, İraqın xüsusilə son 18 ayda əziyyətlə əldə etdiyi sabitliyə təhlükə yaranacaq”.