İraqın baş naziri Sudani Türkiyəyə səfər edəcəkbackend

İraqın baş naziri Sudani Türkiyəyə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraq Respublikasının Baş naziri Məhəmməd Şia Əl Sudani prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə tərəfindən verilən yazılı açıqlamaya görə rəsmi səfər martın 21-22-də baş tutacaq.

İkitərəfli əlaqələrin bütün aspektlərinin nəzərdən keçiriləcəyi səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə ilə İraq arasında başda terrorla mübarizə, İraqın yenidən qurulması, ticarət və enerji sahələrində əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq birgə addımlar müzakirə ediləcək. Danışıqlarda ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında da fikir mübadiləsi aparılacağı nəzərdə tutulur.

NOCOMMENT.AZ