İraqın şimalında terrorçuların 15 hədəfi məhv edilibbackend

İraqın şimalında terrorçuların 15 hədəfi məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK-ya məxsus 15 hədəfi məhv edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hava əməliyyatı Metina, Qara, Hakurk və Qəndil bölgələrində həyata keçirilib.

Bundan əvvəl Türkiyə kəşfiyyatı Süleymaniyyə şəhərində PKK-nın liderlərindən biri İslam Cehanferini zərərsizləşdirib. O, İraq və Suriyada terror təşkilatının tərkibində fəaliyyət göstərib.

Qeyd edək ki, 2023-cü il dekabrın 24-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​İraqın şimalında “Pençe-Kilit” əməliyyatı zamanı öldürülən terrorçuların sayının 30-a çatdığını açıqlayıb.