İrəvan dalana dirəndi: Ermənilər Azərbaycana yalvaracaqbackend

İrəvan dalana dirəndi: Ermənilər Azərbaycana yalvaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında tarixi bir sənəd imzalandı. Bu, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya xətlərinin çəkilməsi barədə Anlaşma Memorandumudur. Saziş Azərbaycan dövlətinin və Azərbaycan liderinin bölgədə nə qədər çevik diplomatik siyasət yeritdiyinin parlaq nümunəsidir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əziz Ələkbərli deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Zəngəzur dəhlizinin açılmasının bütün region dövlətləri, xüsusilə Ermənistan üçün əhəmiyyətli olduğunu bildirib:

“44 günlük müharibə nəticəsində siyasi, iqtisadi, diplomatik, psixoloji cəhətdən çökmüş, kapitulyasiya aktına imza atmış bir ölkə üçün bu dəhlizin açılması ona verilən tarixi şans idi. Bu şansı Ermənistana Azərbaycan vermişdi, 30 il ərzində Azərbaycana, Azərbaycan insanına, Azərbaycan ərazisinə qarşı vandalizmin bütün çirkinliklərini həyata keçirmiş bir topluma, bir ölkəyə bu şansı ona görə vermişdik ki, bölgəyə sülh gəlsin, əmin-amanlıq gəlsin. Lakin ermənilər bunu qanmadılar, dəyərləndirə bilmədilər, masada siyasi oyunbazlıqlarını, sahədə hərbi təxribatlarını davam etdirdilər. Cənab Prezident çıxışlarında dəfələrlə bildirmişdi ki, biz ermənilərə bu gün etdiyimiz təklifləri həmişə etməyəcəyik və erməniləri sonsuzluğa qədər gözləməyəcəyik”.

Deputat vurğulayıb ki, ermənilər özlərini hansı uçurama sürüklədiklərini hələ dərk etmirlər:

“Ermənilər 30 il danışıqları uzadıb, torpaqlarımızı işğal altında saxladıqları kimi, yəqin indi də fikirləşirmişlər ki, delimitasiya, Zəngəzur dəhlizi və sülh sazişi məsələlərini yenə də 30 il uzadacaqlar və bu müddətdə özlərinə sərf edən variantların axtarışında olacaqlar. Ermənilərin axtarışı nə ola bilər – özlərinə yeni ağa-himayəçi tapmaq, onların maşası olaraq yeni güc toplamaq, 44 günlük Vətən Müharibəsində darmadağın olmuş erməni yalanlarını yeni donda-biçimdə xortlatmaq, bəzi güclərin Azərbaycana qarşı təzyiqini artırmaq və s. Biz artıq bunu ermənilərin revanşist hərəkətlərində, Avropa Parlamentinin Azərbaycana qarşı ədalətsiz qətnaməsində, Paşinyanın tələm-tələsik Fransaya qaçmasında və s. müşahidə edirik.

Ataların bir sözü var: Allah insanı bədbəxt edəndə əvvəl ağlını əlindən alır. Bu bədbəxt toplum hələ də anlamır ki, qarşılarında dünya siyasətində önəmli rol oynamağa başlamış Azərbaycan kimi güclü bir dövlət və İlham Əliyev kimi dünya liderlərinin hesablaşdığı güclü siyasi lider durur.

Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında tarixi bir sənəd imzalandı. Bu, İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək kommunikasiya xətlərinin çəkilməsi barədə Anlaşma Memorandumudur.30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamaqla regionla bağlı bütün layihələrdən təcrid olunub, zəlalətə və səfalətə düçar olan Ermənistan bu dəfə artıq özünü tamamilə fəlakətə sürüklədi. Azərbaycan Zəngəzur dəhlizinin alternativini ortaya qoydu və Ermənistan tamamilə dalanda qaldı. Regionda Azərbaycanın, Türkiyənin və İranın birliyinin təməlini qoyan bu layihə Ermənistanı bütünlüklə təklədi və dalandan çıxmaq şansını heçə endirdi. Üstəlik, Şərq-Qərb, Şimal-Cənub dəhlizlərindən məhrum etdi. Bir azdan ermənilər bunu anlayacaq, bir-birlərini ittiham edəcək və Zəngəzur dəhlizinin açılması üçün Azərbaycana yalvarmağa başlayacaqlar. Bu dəfə artıq Azərbaycanın şərtləri fərqli olacaq və ermənilər özlərini indidən buna hazırlasalar, yaxşı olar”.