İrəvanda KTMT əleyhinə nümayiş keçirilirbackend

İrəvanda KTMT əleyhinə nümayiş keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanın mərkəzindəki Azadlıq meydanında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT)-dən çıxması tələbi ilə etiraz aksiyası keçirilir.

NOCOMMENT “News.am”a istinadla xəbər verir ki, nümayiş iştirakçılarının fikrincə, KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə heç bir aydın qiymət vermir.

Xatırladaq ki, KTMT-yə üzv ölkələrin bütün liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko sözügedən sammitdə iştirak etmək üçün Ermənistana gəliblər.