İş adamları hərbçilərimiz üçün səyyar hamam hazırladılar – VİDEObackend

İş adamları hərbçilərimiz üçün səyyar hamam hazırladılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ön xətdə mübarizə aparan əsgərlərimiz üçün bir qrup iş adamı modul tipli səyyar hamam xidməti layihəsi hazırlayıblar.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə layihə iştirakçısı Seyidrza Əlizadə sosial şəbəkələrdə paylaşım edib.

Onun sözlərinə görə, belə bir addım atmaqlarına səbəb, əsgərlərimizin instaqramda paylaşımı olub: “Əsgərlərimiz paylaşımda bildirirdilər ki, neçə gündür çimmirlər. Ofisə gəldim, qərara gəldik ki, səyyar hamam hazırlayaq. İnternetdə araşdırma etdik və çalışdıq ki, ön plana səyyar hamamın danışa bilən olmasını çıxardaq. Bu hamamların su çəninin 1 ton su, 200 litr yanacaq ehtiyatı var. Hazırda tamamlanma işləri gedir və qısa zamanda təhvil verəcəyik”.

Layihə iştirakçısı onu da qeyd edib ki, əgər yoldaşlarımızdan dəstək olarsa, 20-25 ədəd modul tipli səyyar hamamın hazır edilməsini mümkündür.