İşdən çıxarılan məktəb direktorunun “ürəyi getdi”backend

İşdən çıxarılan məktəb direktorunun “ürəyi getdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılıb.
NOCOMMENT.az xəbər verir ki, bakupost.az bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, işdən çıxarılmaq xəbərini eşidən direktor özünü xəstəliyə vurub. Belə ki, ərizəyə qol çəkərkən, Mehriban Ələkbərovanın “ürəyi gedib”. Onun vəzifədən getməmək üçün bülleten açdırdığı da bildirilir.
Qeyd edək ki, bundan əvvəl məktəb direktorunun adı müxtəlif neqativ hadisələrdə hallanıb.
Bakı şəhər Təhsil İdarəsindən məsələ ilə bağlı Bakupost.az -a bildirilib ki, direktor xəstəliklə bağlı sənəd alıb:
“Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.”