İran qarışdı – Pezeşkian Araqçini TƏHDİD ETDİbackend

İran qarışdı – Pezeşkian Araqçini TƏHDİD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın siyasi rəhbərliyində ciddi qarşıdurma yaranıb. Prezident Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqir Qalibaf xarici işlər naziri Abbas Araqçinin istefasına nail olmağa çalışırlar. “Iran International” nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, buna səbəb nazirin fəaliyyətindəki “ikibaşlılıq”dır.

NOCOMMENT.az xəbər verir ki, Araqçi ABŞ ilə aparılan danışıqlarda ölkənin siyasi rəhbərliyini məlumatlandırmadan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Vahidinin birbaşa göstərişlərini yerinə yetirməkdə ittiham olunur. İddialara görə, son iki həftə ərzində nazir bütün addımlarını SEPAH ilə koordinasiya edib, lakin bu barədə prezident Pezeşkiana heç bir məlumat verməyib.

Mənbələr bildirir ki, bu vəziyyət prezidentin kəskin narazılığına səbəb olub. Pezeşkian yaxın ətrafına bəyan edib ki, əgər xarici işlər naziri bu cür “gizli” fəaliyyətini davam etdirərsə, o, dərhal vəzifəsindən kənarlaşdırılacaq. Bu hadisə İranda hərbi elit və mülki hökumət arasındakı gərginliyin pik həddə çatdığını göstərir.

Sara,
NOCOMMENT.az