İşlədiyi fermadan heyvan oğurlayan çoban saxlanıldıbackend

İşlədiyi fermadan heyvan oğurlayan çoban saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini ona məxsus 28 baş xırdabuynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şükür Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs fermerin iş rejimindən narazı oldğu üçün 28 baş xırdabuynuzlu heyvanı oğurlayaraq Goranboy rayonuna aparması və satmasını etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.